Boeing CH-47 Chinook

Boeing CH-47 Chinook
Tipi çoxməqsədli helikopter, hərbi nəqliyyat təyyarəsi
İstehsalçı Boeing, Pensilvaniya, AgustaWestland, Kawasaki Heavy Industries
İlk uçuş 21 sentyabr 1961
İstismara verilmə tarixi 1962
İstismarçılar USAF
RAF
Hollandiya Krallıq Hərbi Hava Qüvvələri
Yunanıstan Hərbi Hava Qüvvələri
Misir Hərbi Hava Qüvvələri
Türkiyə Hərbi Hava Qüvvələri
Buraxılış sayı 1.200[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CH-47 Chinook, Boeing şirkəti tərəfindən istehsal olunan, cüt mühərrikli və digər helikopter növlərindən fərqli olaraq, ard-arda rotorlara malik ağır yük vertolyotudur. Saatda maksimum sürəti 315 km/saatdır. Əsas vəzifəsi hərbi hissələri, artilleriya birliklərini və sursatları daşımaqdır.

16 ölkə tərəfindən, daha çox isə Amerika Birləşmiş Ştatları Ordusu (ABŞ Ordusu) və Kral Hərbi Hava Qüvvələri (RAF) tərəfindən istifadə olunur. Bu yaxınlarda Türk Silahlı Qüvvələri tərəfindən də istifadə edilməyə başlanmışdır. Bu helikopter eyni zamanda 60 heyəti daşıya bilər və bir ədəd F-16 döyüş təyyarəsini qaldırıb çəkə bilər.

Bir Boeing istehsalı olan Chinook, 2 tandem rotorlu çoxməqsədli helikopterdir. Əsas istehsal məqsədi ağır yükləri qaldırmaq olan Chinooklar, hərbi daşıma və axtarış-xilasetmə məqsədləri üçün də istifadə olunur. İki tandem mühərrik helikopterə böyük bir həcm verməklə yanaşı, vertolyotun yük qaldırmaq qabiliyyətini də xeyli artırır. Adi tək rotorlu helikopterlər yalnız bir ədəd yükü əsas rotorun altından uzanan kabellərlə qaldırır. Çünki helikopterin ağırlıq mərkəzi tam rotorun olduğu hissədir. Bu tip helikopterlərdə ayrı-ayrı nöqtələrdən iki yük daşımaq mümkün deyil, çünki bu halda vertolyotun tarazlığı pozulur və vertolyot aşa bilər. Bənzərsiz dizaynı ilə Chinook, hər bir rotorun altında bir yük olmaqla, ümumilikdə iki yük daşıyır.

Türk Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarını ödəmək üçün CH-47 Chinook ağır nəqliyyat helikopteri Quru Qoşunları Komandanlığının inventarına əlavə edilmiş və Türkiyə Ordusu Aviasiya Komandanlığının istifadəsinə verilmişdir.

3 ədəd CH-47F Chinook 2016-cı ilin iyul ayında, digər 3 ədədi isə 2016-cı ilin oktyabrında təslim edilmişdir.

5 ədədinin də 2018/2019-cu ildə təhvil veriləcəyi gözlənilir.

  1. https://web.archive.org/web/20171029123708/http://boeing.mediaroom.com/2012-08-16-Boeing-Marks-50-Years-of-Delivering-Chinook-Helicopters.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search